Bank Of Baku

Azərbaycanda likvid bank aktivlərinin həcmi azalır

Azərbaycanda likvid bank aktivlərinin həcmi azalır
# 01 may 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nağd vəsaitləri 2009-cu ilin aprelin 1-nə 460,73 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici mart ayında 102,61 mln. manat və ya 18,2% azalıb.

Bank aktivlərinin strukturunda 100%-lik likvidliyə malik olan müxbir hesablarının həcmi mart ayında 103,9 mln. manat və ya 16,4% azalaraq 529,67 mln. manata düşüb.

Qeyd edək ki, cari ilin əvvəlindən nağd vəsaitlər və müxbir hesabları üzrə dinamika birmənalı olmayıb. Belə ki, nağd vəsaitlərin həcminin ilin əvvəlindən yekunlaşdırıcı dəyişməsi artıma doğru cəmi 0,150 mln. manat təşkil edib ki, bu da yanvar-fevral aylarında qeydə alınan göstəricinin 102,76 mln. manat artması, martda isə, göstərildiyi kimi, 102,61 mln. manat azalmasının nəticəsidir.

Bundan fərqli olaraq, müxbir hesabların ilin əvvəlindən 429,88 mln. manat və ya 44,8% azalması müşahidə olunub. Bu dəyişmələr onu göstərir ki, kommersiya bankları tərəfindən müəyyən məqsədlərə, o cümlədən öhdəliklərin yerinə yetirilməsinə ilk növbədə müxbir hesablarda olan vəsaitlərindən istifadə edilib, həmçinin müxbir hesabların bir hissəsini geri çağırılaraq və nağd pula çevirilərək kassalarda saxlanılıb. Mart ayında müxbir hesabları üzrə həmin proses davam edib, nağd vəsaitlərin isə artıq toplanması deyil, xərclənməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR