Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyinin rəsmi internet saytının yeni versiyasının təqdimatı keçirilib

Azərbaycan Vergilər Nazirliyinin rəsmi internet saytının yeni versiyasının təqdimatı keçirilib
# 01 may 2009 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) yeni versiyasının təqdimatı keçirilib. «APA-Economics»in məlumatına görə, vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib ki, nazirliyin veb-saytı 2002-ci ilin sonunda yaradılıb. Bu günə qədər sayt 3 dəfə təkmilləşdirilib. İnformasiya açıqlığına və fəaliyyətinə görə Vergilər Nazirliyinin veb-saytının dəfələrlə mükafatlara layiq görüldüyünü deyən nazir müavini bu dəfə internet resursunda bəzi yeniliklərin edildiyini bildirib. Saytın yeni versiyasında «Vergi Məcəlləsi: birgə yazaq», «Sahibkarın vergi bələdçisi», «Mənə lazımdır» kimi rubrikalar mövcuddur: «Bundan başqa, istifadəçilərin vergi xidməti əməkdaşlarının hərəkətləri, vergi qanunvericiliyinin pozulması ilə bağlı qarşıya çıxan faktlara sayt vasitəsi ilə münasibət bildirmələri üçün imkan yaradılıb».
Daha sonra çıxış edən Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentinin rəisi Elçin Məmmədov saytın yeni versiyasının üstünlükləri, texniki parametrləri barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR