Bank Of Baku

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların əsas həcmi debet kartlarının payına düşür

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların əsas həcmi debet kartlarının payına düşür
# 01 may 2009 10:27 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən emissiya olunan ödəniş kartlarının sayı 2009-cu ilin yanvar-mart aylarında 114 min ədəd və yaxud 3,14% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin məlumatına görə, son bir ildə bank kartlarının buraxılışında 36 min ədəd geriləmə, artım tempində isə 1,7 dəfə azalma müşahidə olunur. Hesabat dövründə kredit və debet kartları üzrə ümumi həcmi 1 342 mln. manat olan 11 606 min əməliyyat qeydə alınıb, halbuki 2008-ci ilin yanvar-mart aylarında ödəniş kartlarla həcmi 830 mln. olan 8 799 min əməliyyat baş tutub. Maraqlıdır ki, hər əməliyyatın payına düşən orta həcm son bir ildə 94,33 manatdan 115,63 manatadək qalxıb.

Xatırladaq ki, ötən il ümumi həcmi 4 274 mln. manat olan 40 111 min əməliyyat həyata keçirilib və əməliyyatın orta məbləği 106,55 manata bərabər olub.

AMB-dən həmçinin bildirilib ki, cari ilin yanvar-mart aylarında ödəniş kartları ilə aparılan əməliyyatların əsas həcmi (91,13%) debet kartlarının payına düşüb. Kredit ödəniş kartları üzrə birinci rübdə qeydə alınan 454 min əməliyyatın ümumi həcmi 119 mln. manata çatıb və ötən ilin müvafiq həcm göstəricisindən 28% çoxdur. Bankların kredit kartları üzrə aparılan əməliyyatların məcmu həcmindən yalnız 34,45% bankomatlar vasitəsi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR