Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinin 55%-i bəyannamələri elektron formatda təqdim edir

Azərbaycanda vergi ödəyicilərinin 55%-i bəyannamələri elektron formatda təqdim edir
# 01 may 2009 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda vergi ödəyicilərinin 55%-dən çoxu vergi bəyannamələrini elektron formatda təqdim edir. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentinin rəisi Elçin Məmmədov bildirib.
E.Məmmədovun sözlərinə görə, bu, rəqəm ifadəsində 385 min vergi ödəyicisi deməkdir.
«Bu heç də kiçik göstərici deyil. Getdikcə vergi bəyannamələrini elektron formatda təqdim edənlərin sayı artır», - deyə nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, hazırda sadələşdirilmiş, mənfəət, gəlir və əlavə dəyər vergiləri üzrə elektron bəyannamələrin tətbiqi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR