Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri üzrə ödənişlər daxilolmaları üstələyir

Azərbaycanda əhalinin bank əmanətləri üzrə ödənişlər daxilolmaları üstələyir
# 01 may 2009 10:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank kassa dövriyyəsində əks olunmuş əhalinin əmanətləri üzrə kassa mədaxili 2009-cu ilin yanvar-mart ayları ərzində 441 690 200 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, həmin təsnifat üzrə bank kassasının məxarici isə 576 937 500 manat təşkil edib. Beləliklə, əhalinin əmanətləri üzrə ödəmələr və daxilolmalarında 135 247 300 manat həcmində mənfi saldo yaranıb. Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə əmanətlər üzrə kassa mədaxili 12,4% azalıb, məxaric isə 20,6% artıb.
Mənfi saldonun yaranma səbəblərini araşdırmaq üçün bir neçə amilə diqqət yetirmək lazımdır. İlk növbədə xatırlatmalıyıq ki, cari ilin əvvəlindən ümumilikdə əhalinin əmanətləri 131 mln. manat azalıb ki, bu da sözügedən mənfi saldonun 96,8%-ni təşkil edir. Yəni, yanvar-mart ayları ərzində əmanətlərin qalığı həmin miqdara azalıb ki, bu da əmanətlər üzrə kassa məxaric və mədaxili arasında fərqin yaranmasında əsas rol oynayıb. Öz növbəsində, əmanətlərin qalığının azalması əmanətlərin geri çağırılmasının nəticəsidir. Həmçinin qeyd etmək lazımdır ki, əmanətlər üzrə ödəmələr yalnız əmanətlərin geri çağırılması deyil, həm də faizlərin götürülməsi ilə əlaqədardır, bu da ən azı 135,247 mln. manatla 131 mln. manat arasında olan fərqin yaranmasının səbəbidir. Hətta qeyd olunmalıdır ki, faizlərin götürülməsi həcmi sözügedən 4,247 mln. manatdan artıq ola bilər, çünki yanvar-mart aylarında əmanətlərin təkcə geri çağırılması və əmanətlərin ümumiyyətlə qoyulmaması inandırıcı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR