Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanda qeyri-bank kredit təşkilatlarına da mənfi təsir göstərməyə başlayıb

Dünya maliyyə böhranı Azərbaycanda qeyri-bank kredit təşkilatlarına da mənfi təsir göstərməyə başlayıb
# 01 may 2009 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı qanunvericiliklə depozit cəlbetmə hüququ olmayan və əsasən resurslarını beynəlxalq maliyyə bazarlarından cəlb edən Azərbaycanın qeyri-bank kredit təşkilatlarının cəlb olunmalarına mənfi təsir göstərməyə başlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) hazırladığı maliyyə hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, bu səbəbdən ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları banklar kimi kreditləşmədə məhdudlaşmalar tətbiq etməyə başlayıb.
Həmçinin bildirilir ki, böhranın qeyri-bank kredit bazarına təsirini azaltmaq üçün qeyri-bank kredit təşkilatları haqqında qanunun qəbulunu sürətləndirmək, müştərilərə kassa-hesablaşma xidməti göstərilməsi məsələsini həll etmək və beləliklə, banklarla olan qeyri-bərabər rəqabət şəraitini aradan qaldırmaq, prudensial normalar tətbiq etmək, korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tələbləri sərtləşdirmək, daxili borclanma üçün qiymətli kağızlar buraxmaq imkanlarını araşdırmaq, xərclərin səmərəliliyi üzərində nəzarət sistemini sərtləşdirmək, işçi heyətinin qeyri-iqtisadi motivasiysını gücləndirmək lazımdır. Bununla yanaşı, xarici maliyyə resurslarına ehtiyacları olan qeyri-bank kredit təşkilatlarının kapitalında əlverişli şərtlərlə iştirak imkanlarından istifadə etmək, yeni layihələrə investisiya yatırımları üzrə qərarlara böhranın davamlılığı və böhrandan sonrakı bazar vəziyyətinin təhlili və bu kimi digər tövsiyələr əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR