Bank Of Baku

«Western Union» təşkilatı Azərbaycan üzrə ən yaxşı bank filialını müəyyənləşdirib

«Western Union» təşkilatı Azərbaycan üzrə ən yaxşı bank filialını müəyyənləşdirib
# 01 may 2009 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) Əhmədli filialı «Western Union Financial Services, GmbH.» təşkilatı tərəfindən təşkil edilmiş «Top Country Teams 2008» (Ölkənin ən yaxşı komandaları 2008) Proqramı üzrə «Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə» nominasiyasında qalib elan olunub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə ölkə banklarının «Western Union» sistemi üzrə xidmət göstərən 40 məntəqəsi iştirak edib. Hər bir məntəqənin qiymətləndirilməsi «mystery shopping» (gizli alıcı) metodu ilə müstəqil auditorlar tərəfindən keçirilib. Qiymətləndirmə nəticəsində «Bank Respublika»nın Əhmədli filialı 2008-ci ilin yekunlarına görə «Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə» elan edilib.
Qeyd edək ki, «Bank Respublika» SKB «Western Union», «Contact», «Migom», «Bıstraya Poçta», «Coinstar», «PrivatMoney», «Xpress Money», «Blizko» və «Allur» sistemləri vasitəsi ilə əhaliyə təcili pulköçürmə xidmətləri göstərir.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı alıb.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 32 filialı və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR