Bank Of Baku

«Nikoil» Bankın depozit bazası son bir ildə 27% azalıb

«Nikoil» Bankın depozit bazası son bir ildə 27% azalıb
# 01 may 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 289,249 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 98,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 27,2% azalaraq 54,997 mln. manat, kredit portfeli 45,8% artaraq 161,980 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 88% artaraq 81,727 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 2,2 dəfə artaraq 31,018 mln. manata, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 22,5 mln. manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 11,316 mln. manat, xərcləri isə 78,7% artaraq 5,331 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 4,1 dəfə artaraq 1,792 mln. manata çatıb.
Xatırladaq ki, bank son bir ildə əlavə 1 filial və 1 mübadilə məntəqəsi açıb, həmçinin 3 bankomat quraşdırıb. Bununla yanaşı, heabat dövründə bankın işçilərinin sayı 14,2% artaraq 257 nəfər təşkil edib.
Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), «Uralsib İnvest» şirkəti (19%) və Azərbaycanın «ISR Holding» (20%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 17 bankomatı və 60 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR