Bank Of Baku

Gələn həftə Azərbaycanda sığorta lisenziyası almaq istəyənlər üçün növbəti test imtahanı keçiriləcək

Gələn həftə Azərbaycanda sığorta lisenziyası almaq istəyənlər üçün növbəti test imtahanı keçiriləcək
# 01 may 2009 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 7-8-də Azərbaycan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər vəzifələrinə namizədlər üçün növbəti test imtahanları keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, imtahanlar «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın keçirilməsi Qaydaları»na uyğun olaraq keçiriləcək. Sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən şəxslər və sığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər vəzifələrinə namizədlər sığorta qanunvericiliyi ilə tələb olunan sənədləri mayın 6-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Əvvəlki imtahanlarda iştirak etmiş və sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər imtahanda iştirak üçün mayın 6-dək Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR