Bank Of Baku

Azərbaycan Sənaye Bankının sahibkarlara verdiyi güzəştli mikrokreditlərin həcmi 15 min manata çatıb

Azərbaycan Sənaye Bankının sahibkarlara verdiyi güzəştli mikrokreditlərin həcmi 15 min manata çatıb
# 01 may 2009 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) dəstəyi ilə Qazax rayonunda keçirilən kredit yarmarkasında Azərbaycan Sənaye Bankı (ASB) Fondun müvəkkil kredit təşkilatı kimi iştirak edib.
Bankın mətbuat xidmətinin rəhbəri Fərid Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, ASB tərəfindən 7 iş adamına güzəştli şərtlərlə hər birinə 1000 manat olmaqla 7 min manat həcmində güzəştli mikrokreditlər verilib: «Yarmarkada yeddi bank təşkilatı («AtaBank», «Parabank», «UniBank», «Muğan Bank», «Turan Bank», «Xalq Bank» və ASB) iştirak edib. Adları göstərilən banklardan ikisi - «Parabank» və «UniBank» bu sərgidə kreditlər vermir. Onlar burada yalnız öz stendlərini yerləşdiriblər».
F.Məmmədovun sözlərinə görə, bir qədər öncə Xaçmazda təşkil olunan analoji yarmarkada sahibkarlara verilən mikrokreditlər də daxil olmaqla, artıq bank 15 min manata yaxın güzəştli mikrokreditlər verib.
Xatırladaq ki, SKMF-in Müşahidə Şurasının qərarına əsasən, cari il üçün Azərbaycan Sənaye Bankına (ASB) ilkin olaraq 1,9 mln. manat həcmində kredit xətti açılıb. Bu kredit xətti kiçik və orta sahibkarlıq subyektlərinə, kənd təsərrüfatına və digər investisiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. ASB tərəfindən bu günə kimi Azərbaycan bölgələrində kənd təsərrüfatının inkişafı ilə əlaqədar 1,564 mln. manat, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün 4,677 mln. manat və digər iri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 4,2 mln. manat həcmində kreditlər verilib.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 7 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR