Bank Of Baku

«Əmrahbank»ın aktivləri son bir ildə 14% artıb

«Əmrahbank»ın aktivləri son bir ildə 14% artıb
# 01 may 2009 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 61,442 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində bankın depozit portfeli 1,1% artaraq 31,142 mln. manata, kredit portfeli 22,5% artaraq 39,552 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi isə 13,1% artaraq 24,497 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 77,6% artaraq 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,821 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 3,124 mln. manata, xərcləri isə 50% artaraq 2,438 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 41% azalaraq 0,686 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR