Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin başçısı Türkiyə Kapital Bazarları Şurasının sədri ilə görüşüb

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin başçısı Türkiyə Kapital Bazarları Şurasının sədri ilə görüşüb
# 04 may 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Türkiyə Kapital Bazarları Şurasının sədri Vedat Akgirayın başcılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK-nın sədri Rüfət Aslanlı qonaqlara Azərbaycan iqtisadiyyatının mövcud durumu, o cümlədən qiymətli kağızlar bazarında vəziyyət və onun inkişaf meylləri, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr və qiymətli kağızlar sahəsində iki ölkə arasında işgüzar əlaqələrin mövcud vəziyyətindən məlumat verib.
Görüşdə həmçinin, qiymətli kağızlar bazarına dair qarşılıqlı fayda doğura biləcək məsələlər üzrə potensial əməkdaşlıq istiqamətləri, o cümlədən qiymətli kağızlar üzrə maliyyə sistemlərinin inteqrasiya imkanları müzakirə olunub.
Görüşün sonunda müzakirə olunan məsələlər üzrə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb və yaxın günlərdə bu barədə anlaşma memorandumunun hazırlanması qərara alınıb.
Qeyd edək ki, Bakıya səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunda da görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR