Bank Of Baku

Azərbaycanın daxili valyuta bazarı I rübdə 2,2 dəfə artıb

Azərbaycanın daxili valyuta bazarı I rübdə 2,2 dəfə artıb
# 04 may 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın daxili valyuta bazarının həcmi 2009-cu ilin yanvar-mart ayları ərzində 9 484 991 100 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin birinci rübü ilə müqayisədə daxili valyuta bazarının həcmi ilə 2,2 dəfə artıb.
Daxili valyuta bazarında dollar üzrə əqdlərin həcmi I rübdə 6 735 090 800 dollar, avro üzrə əməliyyatların həcmi 3 768 905 200 avro, ingilis funtu üzrə əməliyyatların həcmi 12 969 800 funt, Rusiya rublu üzrə əməliyyatların həcmi 3 107 902 800 rubl təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin I rübündə daxili valyuta bazarının dollar üzrə 4 119 806 900 dollar, avro üzrə 624 904 000 avro, ingilis funtu üzrə 7 716 400 funt, Rusiya rublu üzrə isə 2 519 672 500 rubl təşkil edib.
Göründüyü kimi, nisbi baxımdan əsas artım avronun payına düşür. Belə ki, dollar üzrə artım 1,6 dəfə, avro üzrə 6 dəfə, funt üzrə 1,7 dəfə, rubl üzrə isə 1,2 dəfə təşkil edib.
Ötən ilin birinci rübündə daxili valyuta bazarında əməliyyatların orta aylıq həcmi 1,454 mlrd. manat, bütövlükdə ötən il isə 2,214 mlrd. manata bərabər olduğu halda, 2009-cu ilin yanvar-mart aylarında bu göstərici 3,162 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR