Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının xalis mənfəəti son bir ildə 62% artıb

Azərbaycan Beynəlxalq Bankının xalis mənfəəti son bir ildə 62% artıb
# 04 may 2009 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2009-cu ilin aprelin 1-nə 3 308,8 mln. manat təşkil edib. ABB-dən «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çox artsa da, cari ilin əvvəlindən 5% azalıb. Qeyd edək ki, cari ilin əvvəlindən respublika üzrə məcmu bank aktivlərinin azalması 7,33%-ə bərabər olub.
Aprelin 1-nə ABB-nin kredit portfeli 2 376,6 mln. manat təşkil edib ki, bu da son bir ildə 32,7% artdığı halda, cari ilin birinci rübü ərzində 18,8% azalıb. Hesabat dövrünə Bankın məcmu kapitalı son bir ildə 48,4% artaraq, birinci rübdə isə 6,6% azalaraq 391 mln. manata çatıb.
ABB-dən bildirilib ki, Bankın əsas göstəricilərinin azalması Beynəlxalq Bankın aktiv və öhdəliklərinin 1,015 mlrd. dollar məbləğində qarşılıqlı hesablamaların həyata keçirilməsi nəticəsində baş verib.
Həmçinin qeyd edək ki, cari ilin birinci rübündə ABB 30,4 mln. manat məbləğində xalis mənfəət əldə edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,4% çoxdur.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 36 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR