Bank Of Baku

«United Credit Bank» kənd təsərrüfatı kreditləri verməyə başlayıb

«United Credit Bank» kənd təsərrüfatı kreditləri verməyə başlayıb
# 04 may 2009 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 1 mln. manat həcmində kredit almaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq agentlik tərəfindən ilkin olaraq banka 300 min manat kredit ayrılıb. «Ayrılan vəsaitin yarısı banka təqdim olunmuş layihənin maliyyələşdirilməsinə yönəldiləcək. Qalan vəsaitin isə digər müştərilər arasında bölüşdürülməsi nəzərdə tutulur. Ümumiyyətlə, bu tendensiyanı nəzərə alsaq, bu ilin sonunadək Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən təxminən 1 mln. manatadək vəsait cəlb edə bilərik. Bu, bankın öz planıdır», - deyə V.Əliyev bildirib.
Qeyd edək ki, «United Credit Bank» ötən ay Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin müvəkkil kredit təşkilatı seçilib və Agentliyin müvəkkil təşkilatlarının ümumi sayı 10-a çatıb.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 32,598 mln. manat, kredit portfeli 22,805 mln. manat, öhdəlikləri 14,525 mln. manat, məcmu kapitalı 13,461 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR