Bank Of Baku

«Western Union» «Əmrahbank»ın Səbail filialını ötən ilin ən yaxşı məntəqəsi elan edib

«Western Union» «Əmrahbank»ın Səbail filialını ötən ilin ən yaxşı məntəqəsi elan edib
# 04 may 2009 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) Səbail filialı «Western Union Financial Services, GmbH.» təşkilatı tərəfindən təşkil edilmiş «Top Country Teams 2008» (ölkənin ən yaxşı komandaları 2008) proqramı üzrə «Xidmətin keyfiyyəti üzrə ən yaxşı məntəqə» nominasiyasında qalib elan olunub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə ölkə banklarının «Western Union» sistemi üzrə xidmət göstərən 40 məntəqəsi iştirak edib. Hər bir məntəqənin qiymətləndirilməsi «mystery shopping» (gizli alıcı) metodu ilə müstəqil auditorlar tərəfindən keçirilib. Qiymətləndirmə nəticəsində «Əmrahbank»ın Səbail filialı 2008-ci ilin yekunlarına görə «Xidmətin keyfiyyəti üzrə ən yaxşı məntəqə» elan edilib.
Həmçinin, beynəlxalq təşkilat tərəfindən bankın müvafiq filialının operatorlarının peşəkarlığının yüksək səviyyəsi və müştərilərə göstərilən xidmət şərtləri qeyd olunur.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.
Hazırda bankın respublika üzrə 22 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR