«APA-Economics»in məlumatına görə, ötən həftə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Keçən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,01% azalaraq 0,8029 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,01% artaraq 0,8035 manata bərabər olub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstəricilər) isə müvafiq olaraq 0,05% artıb və 0,03% azalıb və 0,8018 manat və 0,8063 manat təşkil edib:
Ötən həftə ərzində birja valyuta bazarındakı vəziyyəti əsas iki amillə təsvir oluna bilər. İlk növbədə ABŞ dolları ilə valyuta ticarəti üzrə dövriyyənin azalması, ikinci növbədə isə artıq uzun müddətdir ki, müşahidə olunan məzənnə sabitliyini qeyd etmək lazımdır. Bununla belə xatırladaq ki, mart ayında və aprelin əvvəlində məzənnə sabitliyi Mərkəzi Bankın müdaxiləsi ilə müşayiət olunub. Bu da valyutaya olan tələbatın təmin edilməsi və bununla dolların məzənnəsinin saxlanılması ilə diktə edilir. Hazırda isə valyuta sabitliyi həm də tələbatın azalmasının nəticəsidir ki, bu da birja dövriyyəsinin azalması ilə sübut olunur.
Həftənin yekunlarına görə, avronun məzənnəsinin dəyişməsinə gəldikdə, burada 0,71% səviyyəsində artım müşahidə olunur, lakin həftə ərzində məzənnə daha nəzərə çarpan dərəcədə qalxıb-enib: