Bank Of Baku

Dünya fond bazarlarında son illər müşahidə olunmayan artım qeydə alınıb

Dünya fond bazarlarında son illər müşahidə olunmayan artım qeydə alınıb
# 04 may 2009 10:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprel ayında dünya fond bazarlarında son illər müşahidə olunmayan artım qeydə alınıb. «APA-Economics»in məlumatına görə, mütəxəssislər bunu dünyada iqtisadi geriləmənin ən kritik dövrünün sona çatması əlaməti kimi qiymətləndirirlər.
Qeyd edək ki, fond bazarının analitiklərinin hesablamalarına görə, ötən ay dünya fond bazarı 11%-lik artım nümayiş etdirib ki, bu da son 20 il ərzində ən maksimal aylıq göstəricidir. Belə ki, Dow Jones indeksi 5,2%, Standard & Poor’s 500 indeksi 9,4%, Asiya-Sakit Okean regionunun məcmu indeksi olan MSCI Asia Pacific aprel ayında 13% artıb.
Analitiklərin fikrincə, fond bazarının iştirakçıları tərəfindən bazarların maliyyə iflasına doğru getməsinə olan inamın artıq azalması başlayıb. Bundan əlavə qeyd edilməlidir ki, aprel ayında Avropanın fond bazarları cari ilin birinci rübü ərzindəki itkilərini tam ödəyib.
Fond bazarlarında yüksəliş tendensiyaları əsasən Avropa şirkətlərinin gözləmələrdən daha müsbət olan maliyyə hesabatlarının açıqlanması səbəbindən yaranıb ki, bunu da öz növbəsində şirkətlərin əksəriyyəti tərəfindən xərclərin kəskin azaldılması nəticəsində baş verib. Bundan əlavə, daha fundamental səbəb və amillər qeyd olunmalıdır. Belə ki, investorlar ölkə hökumətlərinin böhrana qarşı və iqtisadi stimullaşdırma proqramlarının həyata keçirməsi nəticəsində dünya iqtisadiyyatının əsas sahələrində müsbət tendensiyaların yaranmasını vurğulayır.
Aprel ayında fond bazarında müşahidə olunan artımın daha vacib müsbət tərəfi var. Nəzəri baxımdan, qiymətli kağızlar bazarı iqtisadi enmə dövründən çıxan ilk sahə olur və bu, real sektorun artımını adətən 5-6 ay qabaqlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR