Bank Of Baku

«Bank Respublika»nın daha 7 əmanətçisi qızıl külçə qazanıb

«Bank Respublika»nın daha 7 əmanətçisi qızıl külçə qazanıb
# 04 may 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev–APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) əmanətçiləri arasında keçirdiyi uduş kampaniyasının tirajında daha 7 qızıl külçə oynanılıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində bankın iki əmanətçisi hər biri 20 qram, daha beş əmanətçisi isə hər biri 10 qram olmaqla ən yüksək (999,9) əyarlı Rusiya istehsalı olan qızıl külçə qazanıblar.

Kampaniyasının qaydalarına əsasən, bankın əmanətçiləri arasında hər ay iki ədəd 20 qramlıq və beş ədəd 10 qramlıq yüksək əyarlı qızıl külçə oynanılır. Kampaniyanın əsas hədiyyəsi «Subaru Forester» avtomobili isə bu ilin iyul ayının 1-də oynanılacaq.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Almaniyanın «DEG İnvestisiya» şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» şirkəti 28 aprel 2005-ci il tarixdən bankın kapitalının «25%+1 səhm» paketinə sahibdirlər.

Cari il yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib.

Bankın hazırda Bakıda və regionlarda 32 filialı və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR