Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb
# 04 may 2009 12:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın xarici dövlət borcu 2009-cu ilin aprelin 1-nə 2 916,8 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin birinci rübündə bu göstərici 84,3 mln. dollar və ya 2,8% azalıb.

Nazirliyinin hesablamalarına görə, xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti rüb ərzində 6,4%-dən 5,3%-dək düşüb. Adambaşına düşən xarici dövlət borcunun məbləği isə 344,9 dollardan 333,2 dollaradək azalıb.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 2 591,2 mln. dollar və ya ümumi xarici borcun 88,8%-ni təşkil edib. Ümumi borcun 38,9%-i və yaxud 1 135,4 mln. dolları elektrik enerjisi sektoruna, 7,8%-i (227,6 mln.) kənd təsərrüfatı, 23,2%-i isə (676,9 mln.) yol tikintisi və nəqliyyat layihələrinin maliyyələşdirilməsinə cəlb olunub.

İqtisadi islahatlar üçün cəlb edilən kreditlərin məbləği 325,8 mln. dollar təşkil edib. Bu məbləğin 255,6 mln. dolları Dünya Bankı, 70,2 mln. dolları isə Beynəlxalq Valyuta Fondunun kreditlərinin payına düşür.

Xatırladaq ki, Azərbaycanın xarici dövlət borcunun həcmi 2008-ci il ərzində 22,9% artaraq bu ilin yanvarın 1-nə 3 001,1 mln. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR