Bank Of Baku

Azərbaycanda ümumi daxili məhsul 17,8 dəfə artıb

Azərbaycanda ümumi daxili məhsul 17,8 dəfə artıb
# 04 may 2009 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 14 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17,8 dəfə artıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 1995-ci ildə ölkədə ÜDM-nin həcmi 2 133,8 mln. manat (2 415,2 mln. ABŞ dolları) təşkil edirdisə, artıq 2008-ci ilin sonuna bu göstərici 38 005,7 mln. manata (46 258,2 mln. dollara) çatıb.

Son 14 ildə ÜDM-in adambaşına düşən həcmi isə 15,7 dəfə artıb. Belə ki, 1995-ci ildə adambaşına düşən ÜDM-nin həcmi 282,1 manat (319,3 dollar) təşkil edib. Ötən il ərzində isə bu göstərici 4 439,9 manata çatıb (5 403,9 dollar).

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda ÜDM 2008-ci ilin analoji göstəricisi ilə müqayisədə 4,1% və ya 371,4 mln. manat (461,4 mln. dollar) artaraq 6,7 mlrd. manata (8,3 mlrd. dollar) çatıb.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi isə 2,9% artıb və 782 manat (971,5 dollar) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR