Bank Of Baku

BFB-nın səhmdarlarının ümumi yığıncağı keçirilib

BFB-nın səhmdarlarının ümumi yığıncağı keçirilib
# 04 may 2009 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasının (BFB) səhmdarlarının ümumi yığıncağı keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda birjanın 2008-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti səhmdarlar tərəfindən qənaətbəxş hesab edilərək təsdiqlənib. Növbəti məsələ 2009-cu il üzrə birjanın fəaliyyət planının təsdiqlənməsi və büdcənin qəbul edilməsi olub. Gündəlikdə olan sonuncu məsələ ilə əlaqədar olaraq, səhmdarlar birjanın Maliyyə-Təftiş Komissiyasının yeni tərkibini təsdiq ediblər.

Bundan başqa, yığıncaq 2008-ci ilin maliyyə nəticələri üzrə birjanın xalis mənfəətinin 30%-nin dividend şəklində səhmdarlara ödənilməsini qərara alınıb.

Qeyd edək ik, Bakıda səfərdə olan İstanbul Fond Birjasının (İstanbul Menkul Kıymetler Borsası) nümaynədə heyəti də BFB-nın səhmdarlarının ümumi yığıncağına qatılıblar.

Xatırladaq ki, İstanbul Fond Birjası 2000-ci ildən BBF-nın səhmdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR