Bank Of Baku

«Western Union» «Texnikabank»ın Mingəçevir filialını ən yaxşı məntəqə elan edib

«Western Union» «Texnikabank»ın Mingəçevir filialını ən yaxşı məntəqə elan edib
# 04 may 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) Mingəçevir filialı «Western Union Financial Services, GmbH» tərəfindən təşkil edilmiş «Klub 500» proqramı üzrə «Ən yaxşı məntəqə» nominasiyasının qalibi elan olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqramda iştirak edən məntəqələrin hər birinin fəaliyyəti müstəqil auditorlar tərəfindən «Western Union» sistemi ilə pul köçürmələri üzrə müəyyən xidmət məntəqələrinə «gizli ziyarətlər»in və «gizli zənglər»in təşkil olunması yolu ilə qiymətləndirilib.

Ümumilikdə, qiymətləndirmə zamanı operatorların yüksək peşəkarlıq səviyyəsi, həmçinin «Western Union» sistemi üzrə beynəlxalq pul köçürmələri xidmətindən istifadə edən müştərilər üçün yaradılmış rahat şərait qeyd edilib.

Qeyd edək ki, hazırda «Texnikabank» bir neçə pulköçürmə sistemləri, o cümlədən
«Western Union», «Contact», «Migom», «Lider», «PrivatMoney», «Zolotaya Korona», «Bıstraya poçta», «Caspian Money Transfer», «Xpress Money», «Blizko» və «Faster» təcili pul köçürmələri üzrə xidmətlər göstərir.

Xatırladaq ki, «Texnika Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 431,483 mln. manat, depozit portfeli 129,811 mln. manat, kredit portfeli 334,768 mln. manat, məcmu kapitalı 57,795 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 35 filialı, 47 bankomatı və 338 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR