Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti sığorta məhsullarının on-line satışına başlayıb

Beynəlxalq Sığorta Şirkəti sığorta məhsullarının on-line satışına başlayıb
# 04 may 2009 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) «Xaricə səyahət edənlərin sığortası» növünün on-line satışına başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, istənilən müştəri internet vasitəsi ilə müvafiq sığorta paketini sifariş edə və paketin dəyərini plastik kartlarla ödəyə bilər.

Sığorta polisi sifariş verildikdən sonra müştərinin istədiyi və göstərdiyi ünvana çatdırılır.

Qeyd edək ki, hazırda şirkət 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
Təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 3,04 mln. manat, ödənişləri isə 0,86 mln. manat olub. Şirkətin ölkə üzrə məcmu sığorta daxilolmalarındakı xüsusi çəkisi 7,1% ödənişlərdə isə 8,3% təşkil edib.

«APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə (cari ilin birinci rübü) BSŞ sığorta haqlarına görə dördüncü, ödənişlərə görə isə beşinci yerdə qərarlaşıb.

Xatırladaq ki, nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə, şirkət sığorta təşkilatları sırasında ilk yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR