Bank Of Baku

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi apreldə 0,01% artıb

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi apreldə 0,01% artıb
# 05 may 2009 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,01% artıb.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8029 AZN-dən 0,8028 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,8027 AZN-ə bərabər olub. Halbuki, cari ilin mart ayında bu göstərici 0,8040 AZN təşkil edib.
Xatırladaq ki, bu ilin aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 28 bankın iştirakı ilə 237,801 mln. manat və ya 296,107 mln. dollar həcmində 132 alqı-satqı əqdi qeydə alınıb. Bu isə martla müqayisədə 2,7 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR