Bank Of Baku

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
# 05 may 2009 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İndoneziyada səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda ilə görüşüb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, S.Şərifov Balidə (İndoneziya) keçirilən AİB-in 42-ci illik toplantısında Azərbaycan hökumətini təmsil edir. Səfər çərçivəsində S.Şərifov həmçinin AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Xuan Miranda ilə də görüşüb.
Hər iki görüşdə AİB-in maliyyə dəstəyi ilə Azərbaycanda infrastrukturun müxtəlif sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulan yeni layihələr müzakirə olunub.
Bundan başqa, S.Şərifov Dünya Bankının (DB) vitse-prezidenti Şigeo Katsu ilə də görüşüb. Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığını əhatə edən məsələlər, habelə əməkdaşlığın yeni istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, AİB-in illik iclasında Azərbaycan Beynəlxalq Bankı və «Texnikabank» SKB-nin rəsmi nümayəndələri də iştirak edir. İclasda əsas müzakirə predmeti qlobal maliyyə böhranı və bu problemin həlli yollarıdır. Tədbirdə həmçinin AİB-in ümumi kapitalının artırılması məsələsinə baxılıb. İclasda AİB-in üzvü olan 67 ölkədən 3 mindən artıq nümayəndənin iştirak edib.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR