Bank Of Baku

Apreldə BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,7 dəfə azalıb

Apreldə BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,7 dəfə azalıb
# 05 may 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 132 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 28 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 237,801 mln. manat və ya dollar ekvivalentində 296,107 mln. təşkil edib. Bu isə cari ilin mart ayı ilə müqayisədə 2,7 dəfə azdır.
Hesabat ayında həmçinin, SWAP_USD/AZN aləti üzrə dövriyyə 54,223 mln. manat və ya dollar ekvivalentində 67,4 mln. təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,8045 manat təşkil edib. EUR/AZN aləti üzrə dövriyyə 0,104 mln. manat təşkil edib.
Beləliklə, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 13,5 mln. dollara çatıb, hər əqdin orta həcmi isə 2,243 mln. dollar təşkil edib.
Eyni zamanda, aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (12,90%), «Bank Respublika» (8,13%), «Azərbaycan Sənaye Bankı» (6,62%), «Paşa Bank» (5,56%) və «Texnikabank» (4,93%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR