Bank Of Baku

«Kredo Bank»ın mənfəəti kəskin azalıb

«Kredo Bank»ın mənfəəti kəskin azalıb
# 05 may 2009 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 47,339 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 85,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,6 dəfə genişlənərək 13,820 mln. manata, kredit portfeli 40,2% artaraq 27,230 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 22,5% artaraq 6,101 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 1,6% azalaraq 13,998 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,2% artaraq 13,040 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 40% azalaraq 1,244 mln. manat, xərcləri isə 12,3% artaraq 1,071 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti 6,4 dəfə azalaraq 0,173 mln. manata düşüb.
Bundan başqa, bank bu müddət ərzində bank əlavə 1 filial və 2 mübadilə məntəqəsi açıb, həmçinin 6 bankomat və 55 POS-terminal quraşdırıb. İşçilərin sayı 9% artaraq 123 nəfərə, orta aylıq əmək haqqı isə 2,7 dəfə artaraq 317 manata çatıb.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» SKB 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 10 filialı, 18 mübadilə məntəqəsi, 6 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR