Bank Of Baku

Maliyyə böhranından ilk olaraq çıxacaq bankların siyahısı açıqlanıb

Maliyyə böhranından ilk olaraq çıxacaq bankların siyahısı açıqlanıb
# 05 may 2009 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin birinci rübün yekunları üzrə dünyanın ən iri investisiya banklarının gözləniləndən daha müsbət hesabatları, o cümlədən son zamanlar ilk dəfə olaraq onların mənfəət əldə etməsi böhrandan hansı bankların ilk növbədə çıxacağı barədə mübahisələri canlandırıb. «APA-Economics»in «Financial Times» qəzetinə istinadən verdiyi məlumata görə, böhrandan ilk olaraq çıxa biləcək bankların sırasına analitiklər Amerikanın «JPMorgan Chase», «Goldman Sachs» və «Morgan Stanley», həmçinin Avropanın «Credit Suisse», «Deutsche Bank» və «Barclays» investisiya banklarını aid edirlər.
Sözügedən bankları digər banklardan fərqləndirən əsas amil kimi onların hökumət tərəfindən aldığı maliyyə dəstəyinin daha az olması (məsələn, «Citigroup», «Bank of America» və UBS kimi banklarla müqayisədə) və onların səhmlərinin dəyərinin daha sürətlə bahalaşmasını qeyd etmək olar.
Birinci rübdə müsbət nəticələrə nail olan maliyyə qurumlarında analitiklər ilk növbədə bank biznesinin müxtəlif sahələrinin səmərəli aparılmasını vurğulayırlar. Nəticədə, həmin banklar hətta qiymətlərin, faiz dərəcələrinin qeyri-sabit olması şəraitində də gəlir əldə etməyə nail ola bilib. Buna həmçinin «Merrill Lynch», «Lehman Brothers», «Bear Stearns» kimi bankların iflasa uğrayaraq bazardan çıxması və bunun nəticəsində rəqabətin zəifləməsi amili dəstək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR