Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin əsas hissəsi, yəni 2 269,3 mln. manatı və ya 37,7%-i fiziki şəxslərə verilən kreditlərin payına düşür. Qeyd edək ki, fiziki şəxslərə verilən kreditlərin həcmi son bir ildə 22,7% artıb.
Bankların kredit portfelinin strukturuna gəldikdə, ən yüksək xüsusi çəkiyə ticarət və xidmət sektoru, həmçinin inşaat sahəsi və əmlak bazarı malikdir:
| Kredit portfeli, mln. manat (01.04.2009) | Xüsusi çəki, % | Dəyişmə, % |
Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxlər | 3 756,1 | 62,3 | 25,5 |
Ticarət və xidmət | 1 268,7 | 21,1 | -4,8 |
Energetika və təbii ehtiyatlar | 335 | 5,6 | -7 |
Kənd təsərrüfatı və emal | 349,3 | 5,8 | 63,7 |
İnşaat və əmlak | 626,8 | 10,4 | 80,5 |
Sənaye və istehsal | 466,2 | 7,7 | 34,9 |
Nəqliyyat və rabitə | 416,6 | 6,9 | 35,6 |
Dövlət idarəetməsi | 0,5 | 0,01 | -92,1 |
Digər kredit əməliyyatları | 293 | 4,9 | 3,6 dəfə |
Fiziki şəxslər | 2 269,3 | 37,7 | 22,7 |
C Ə M İ | 6 025,4 | 100 | 24,4 |
Göründüyü kimi, bank kreditləri əsasən fiziki şəxslərə verilib və onların məbləği 22,7% artaraq 2 269,3 mln. manat təşkil edib, bunun da 1,6%-i plastik kartlarla ayrılan kreditlərin payına düşür. AMB-nin şərhinə görə, fiziki şəxslərə verilən kreditlərin artması bir tərəfdən əhalinin gəlir səviyyəsinin və deməli ödəniş qabiliyyətinin yüksəlməsi, digər tərəfdən isə banklar tərəfindən təklif olunan kredit xidmətlərinin çeşidinin artması və proseduraların sadələşməsi ilə izah olunur.
Digər sahələrə nəzər yetirəndə məlum olur ki, ən yüksək artım tempinə malik olan istiqamətlərdən biri inşaata və daşınmaz əmlak sahəsinə verilən kreditlərdir ki, bu da böhran əlamətlərinin mövcudluğuna baxmayaraq, həmin sahədə canlanmanın göstəricisidir. Bundan əlavə, ticarət və xidmət sahələrindən daha gec gəlir gətirən və müəyyən dərəcədə daha aşağı rentabelliyə malik olan aqrar sektoruna yönəldilən kreditlərin təxminən 64% artması da müsbət hal kimi qiymətləndirilə bilər.