Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROA əmsalı artıb

Azərbaycan bank sistemi üzrə ROA əmsalı artıb
# 05 may 2009 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2009-cu ilin birinci rübü üzrə aktivlərin gəlirlik əmsalı (ROA) 3,3% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 0,7 faiz bəndi artıb. Ötən ilin ümumi göstəricisi ilə müqayisədə isə ROA 1,1 faiz bəndi və ya 1,5 dəfə yüksəlib.
Bankların ROA əmsalının 3,3% səviyyəsində olması aktivlərin hər 1 manatının 3,3 qəpik mənfəət gətirdiyini göstərir. Dünya praktikası baxımından, bu rəqəm qənaətbəxş hesab olunsa da, Azərbaycandakı banklarda faiz dərəcələrinin dəfələrlə üstələməsi məntiqcə ROA əmsalının da daha yüksək səviyyəyə çatmasına səbəb olmalıdır. Bunun belə olmamasının əsas səbəbi isə ölkədəki bankların xərclərinin yüksək olması ilə bağlıdır. Belə ki, cari ilin birinci rübün yekunlarına əsasən, bankların məcmu faiz və qeyri-faiz gəlirləri 328,9 mln. manata bərabər olduğu halda, məcmu xərcləri 223,7 mln. manat təşkil edib. Yəni, xərclərin gəlirlərə şərti nisbəti 68%-ə bərabərdir ki, bu da dünya praktikası baxımından həddindən artıq yüksək göstəricidir. Hətta qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini 1,5 dəfə üstələyir. Bundan əlavə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların həcmi də yüksəkdir (vergi ödənilənədək mənfəətə nisbətən təxminən 30%-dir).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR