Bank Of Baku

Azərbaycan və Rumıniyanın auditor palataları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Rumıniyanın auditor palataları arasında anlaşma memorandumu imzalanıb
# 05 may 2009 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Auditorlar Palatası ilə Rumıniya Maliyyə Auditorları Palatası arasında anlaşma memorandumu imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi Azərbaycan tərəfindən Auditorlar Palatasının sədri Vahid Novruzov, Rumıniya tərəfindən isə Bakıda səfərdə olan Maliyyə Auditorları Palatasının prezidenti İon Mixailesku imzalayıblar.
Tədbirdə çıxış V.Novruzov Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, ölkənin maliyyə resursları ilbəil artır və Azərbaycan üçün bu resurslardan düzgün istifadə və nəzarətin gücləndirilməsi vacib amillərdəndir: «Məhz bu işlərin aparılmasında Azərbaycan hökuməti auditin tətbiqinə önəmli yer verir».
V.Novruzov onu da bildirib ki, Azərbaycanda 30-dan çox qanunda auditin tətbiqi məsələləri əksini tapıb və 2007-ci ildə auditin inkişafı üçün ölkədə iki yeni qanun qəbul olunub: «Hazırda həmin qanunların tətbiqi üzrə çox sistemli işlər aparılır».
Tədbirdə çıxış edən İ.Mixailesku isə öz növbəsində Rumıniyanın audit sistemindən məlumat verib və qeyd edib ki, Rumıniya auditi ölkədə fəaliyyət göstərən şirkətlərin həm auditini, həm də qlobal maliyyə böhranını bu şirkətlərə təsirini öyrənir. İ.Mixailesku həmçinin Azərbaycan və Rumıniyanın sahibkarlarına qarşılıqlı investisiya yatırılmasını məsləhət görüb: «Bu halda Azərbaycan və Rumıniya həmin şirkətlərin birgə auditini apara bilər».
Qeyd edək ki, tərəflər arasında imzalanmış anlaşma memorandumunda işçilərin davamlı olaraq ixtisasartırma proqramlarında iştirak etməsinə qarşılıqlı şəkildə yardım, peşə üçün vacib olan müxtəlif məsələlərlə bağlı Avropa və beynəlxalq səviyyələrdə qarşılıqlı məsləhətləşmələrin aparılması, məlumat və təcrübə mübadiləsi kimi aspektlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR