Bank Of Baku

Azərbaycan Rumıniyanın audit sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Azərbaycan Rumıniyanın audit sahəsində təcrübəsini öyrənmək niyyətindədir
# 05 may 2009 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan auditorları Rumıniya həmkarlarının təcrübəsindən bəhrələnmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
V.Novruzovun sözlərinə görə, maliyyə nəzarəti istiqamətində əməkdaşlıq etmək hər bir ölkənin auditorları üçün önəmlidir: «Rumıniya Avropanın mərkəzində yerləşən və artıq audit ənənəsi zəngin olan ölkədir. Biz Rumıniya auditorlarından təcrübə mübadiləsi sahəsində, göstərdiyimiz xidmətlərin səviyyəsinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində bəhrələnmək niyyətindəyik».
V.Novruzov həmçinin qeyd edib ki, rumıniyalı həmkarların da Azərbaycan auditindən öyrənilməli müəyyən məqamlar mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR