Bank Of Baku

«Bank Standard»ın lotereya tirajının qalibləri müəyyənləşib

«Bank Standard»ın lotereya tirajının qalibləri müəyyənləşib
# 05 may 2009 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) «Finala dəvət» kampaniyası çərçivəsində keçirdiyi lotereyanın qalibləri müəyyən olub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Həbib Məmmədov, Müşfiq Allahyarov, İlqar İsgəndərov və Marina Manyuta lotereyanın qalibi olaraq hər biri UEFA Çempionlar Liqasının final matçına bilet, təyyarə bileti (hər iki istiqamətdə) və oteldə qalmadan ibarət uduş paketi qazanıb.
Xatırladaq ki, kampaniyada «Bank Standard» tərəfindən buraxılan «MasterCard» və «Maestro» plastik kart sahibləri iştirak edib. Adı çəkilən kartlarla POS-terminal, bankomat və ya İnternet vasitəsilə azı 50 manat (dollar, avro) məbləğində həyata keçirilən hər tranzaksiya lotereyada iştirak hüququ verib. Kampaniya müddəti ərzində həyata keçirilən hər belə tranzaksiya kart sahibinə bir lotereya şansı qazandırıb.
Qeyd edək ki, final matçına biletləri «UEFA Champions League 2009»un rəsmi sponsoru olan «MasterCard» təşkilatı təqdim edib.
«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR