Bank Of Baku

«AGBank»ın aktivləri son bir ildə 16% artıb

«AGBank»ın aktivləri son bir ildə 16% artıb
# 05 may 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 204,767 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 16,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11% artaraq 105,042 mln. manat, kredit portfeli 25,7% artaraq 155,144 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,2% azalaraq 12,086 mln. manata çatıb.
Bu müddət ərzində bankın məcmu kapitalı 62% artaraq 31,386 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 15 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir ildə bankın gəlirləri 27,3% artaraq 9,720 mln. manat, xərcləri isə 19,5% artaraq 6,672 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 48,4% artaraq 3,048 mln. manat olub.
Bank bu müddət ərzində əlavə 2 filial açıb, 5 bankomat quraşdırıb. Eyni zamanda bankın işçilərinin sayı 22,3% ataraq 422 nəfərə, orta aylıq əmək haqqı isə 4,2% artaraq 748 manata çatıb.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 54 bankomatı və 409 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR