Bank Of Baku

Azərbaycanda bankların valyuta satışı I rübdə alışın həcmini 7 dəfə üstələyib

Azərbaycanda bankların valyuta satışı I rübdə alışın həcmini 7 dəfə üstələyib
# 05 may 2009 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemi üzrə kassa dövriyyəsinin mədaxil hissəsində xarici valyutanın satışından bank kassalarına 2009-cu ilin birinci rübü ərzində 2 319 355 600 manat məbləğində vəsait daxil olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa dövriyyəsinin məxaricində isə xarici valyuta alınmasına çəkilən xərclərin həcmi 319 797 700 manat təşkil edib.
Beləliklə, cari ilin yanvar-mart ayları ərzində bank kassalarının hesabatlarında əks olunmuş məlumatlara əsasən, xarici valyutanın satışı alışın həcmini 1 999 557 900 manat və ya 7,3 dəfə üstələyib.
Xarici valyutanın satışından bank kassalarına mədaxilin həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,2 dəfə artdığı halda, xarici valyutanın alınmasına xərclər 38,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR