Bank Of Baku

«Qarant Sığorta» şirkəti bazara yeni məhsul çıxarıb

«Qarant Sığorta» şirkəti bazara yeni məhsul çıxarıb
# 05 may 2009 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti daxili bazarda «Qarant Ev» adlı əmlak sığortası proqramını təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, əmlak sahibləri 150 manat ödəməklə əmlak sığorta şəhadətnaməsi əldə edə bilərlər. Bu şəhadətnamə evlərin yanğın və partlayışdan 100 min manat, üçüncü şəxsin qarşısında məsuliyyət üzrə isə 10 min manat dəyərində sığortalanmasını təmin edir.
«Qarant Ev» əmlak sığorta proqramının üstünlüklərindən biri də sığortalanma prosesinin maksimum sadə və operativ keçirilməsidir. Bunun üçün sığortalanan mənzilə baxış keçirilmir», - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bu ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 338,218 mln. manat, ödənişləri isə 15,149 min manat təşkil edib.
Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin respublika üzrə bir filialı (Gəncə) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR