Bank Of Baku

Azərbaycanda nağdsız dollarla əməliyyatların həcmi I rübdə 64% artıb

Azərbaycanda nağdsız dollarla əməliyyatların həcmi I rübdə 64% artıb
# 05 may 2009 14:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin birinci rübü ərzində Azərbaycanın daxili valyuta bazarında 6 735 090 800 dollar həcmində nağdsız dollar üzrə əməliyyatlar aparılıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 61,2%-i bankdaxili mübadilə əməliyyatları, 22,5%-i açıq banklararası valyuta bazarı, 16,3%-i isə Bakı Banklararası Valyuta Birjasının payına düşür.
Ötən ilin birinci rübündə nağdsız dollar bazarının strukturuna əsasən, bankdaxili mübadilə əməliyyatları 69,6%, açıq banklararası valyuta bazarında əməliyyatlar 15%, valyuta birjasında dollarla əqdlər 15,4%-lik xüsusi çəkiyə malik olub. Göründüyü kimi, birja dövriyyəsinin payı təxminən sabit qaldığı halda, açıq bazarda əməliyyatların həcminin xüsusi çəkisi bankdaxili mübadilə əməliyyatları hesabına artıb.
Ümumilikdə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə dollar üzrə nağdsız əməliyyatların həcmi 63,5% artıb. O cümlədən, bankdaxili mübadilə əməliyyatları 43,8%, açıq banklararası valyuta bazarının həcmi 2,5 dəfə, Bakı Banklararası Valyuta Birjasında əqdlərin həcmi isə 73,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR