Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzi tərəfindən bağlanmış müqavilələrin sayı apreldə 3 dəfə azalıb

Azərbaycan Milli Depozit Mərkəzi tərəfindən bağlanmış müqavilələrin sayı apreldə 3 dəfə azalıb
# 06 may 2009 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 5 müqavilə bağlanıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində 8 103 326 manat nominal dəyərində olan 1 835 629 səhm üzrə 366 alqı-satqı və 53 500 manat nominal dəyərində olan 77 istiqraz üzrə 4 alqı-satqı müqavilələri qeydiyyata alınıb. Ötən ilin aprel ayı ilə müqayisədə müvafiq olaraq müqavilələrin nominal dəyəri 4,2 dəfə, səhmlərin sayı 1,9 dəfə artıb, alqı-satqı müqavilələrinin sayı isə 42,2% azalıb.
Qeyd edək ki, cari ilin ilk dörd ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 23 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR