Bank Of Baku

«Royal Bank»ın depozitləri son bir ildə 2,4 dəfə artıb

«Royal Bank»ın depozitləri son bir ildə 2,4 dəfə artıb
# 06 may 2009 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 113,087 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel ayının 1-nə olan analoji göstəricidən 82,2% çoxdur.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,4 dəfə genişlənərək 63,126 mln. manata, kredit portfeli 2,1 dəfə artaraq 83,113 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə artaraq 70,904 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 24,1% artaraq 21,744 mln. manat, o cümlədən nizamnamə kapitalı 42,8% artaraq 19,912 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 2 dəfə artaraq 5,844 mln. manat, xərcləri isə 97% artaraq 5,127 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2,7 dəfə artaraq 717 min manata çatıb.
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 11 filial açıb, 16 bankomat və 17 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 68,2% artaraq 540 nəfər, orta aylıq əmək haqqı isə 32% artaraq 504 manat olub.
Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın respublika üzrə 29 filialı, 4 mübadilə məntəqəsi, 28 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR