Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması tendensiya xarakteri alıb

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması tendensiya xarakteri alıb
# 06 may 2009 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2009-cu ilin aprelin 1-nə 1 908,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,95 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən kommersiya banklarının xarici öhdəlikləri 139,9 mln. manat və ya 6,8% azalıb. Belə ki, azalma yanvar ayında 14 mln. manat, fevralda 64,6 mln. manat, martda 61,3 mln. manat təşkil edib.
Kommersiya banklarının xarici öhdəliklərinin azalması xarici borcların tədricən qaytarılması, əlavə xarici borcalmanın cəlb edilməməsi səbəbindən baş verir. Belə ki, son iki il ərzində iri miqdarda (təxminən 2 mlrd. dollar) xarici öhdəliklər cəlb edən Azərbaycan bankları artıq bu borcu tədricən ödəyir. Eyni zamanda, dünya maliyyə böhranı nəticəsində xarici maliyyə institutlarının maliyyə vəziyyətinin pisləşməsi səbəbindən əlavə fondlaşma kəskin azalıb (əvvəlki illərlə müqayisədə, demək olar ki, sıfıra enib) və buna görə, kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi azalır. Həmçinin qeyd olunmalıdır ki, xarici öhdəliklərin azalması ötən ilin oktyabrında başlayıb, lakin cari ilin əvvəlinə kimi azalıb-artma müşahidə olunurdu. İlin əvvəlindən isə xarici borclamanın həcminin azalması artıq tendensiya xarakteri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR