Bank Of Baku

«Paşa Bank» yeni baş ofisə köçəcək

«Paşa Bank» yeni baş ofisə köçəcək
# 06 may 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankı (SKB) cari ilin sonuna kimi yeni baş ofisə köçəcək.
Bankın İdarə Heyətinin sədri Fərid Axundovun «APA-Economics»ə verdiyi məlumata görə, «Paşa Construction» şirkəti tərəfindən inşa olunan yeni bina R.Zorge küçəsində yerləşir.
F.Axundovun sözlərinə görə, «Paşa Bank»ın hazırkı əsas binasında isə bankın «Mərkəz filialı» fəaliyyət göstərəcək.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» SKB 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 207,817 mln. manat, depozit portfeli 90,429 mln. manat, kredit portfeli 4,853 mln. manat, məcmu kapitalı 113,512 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR