Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROE əmsalı kəskin artıb

Azərbaycan bank sistemi üzrə ROE əmsalı kəskin artıb
# 06 may 2009 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar üzrə kapitalın gəlirlik əmsalı (ROE) 2009-cu ilin birinci rübünün yekunlarına görə 0,237 təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ROE əmsalı 0,036 bənd, cari ilin əvvəlindən isə 0,067 bənd yüksəlib. Xatırladaq ki, ROE əmsalı mənfəətin kapitala nisbəti kimi hesablanır.
Cari ilin aprelin 1-nə olan ROE əmsalı son bir ildə ən maksimal göstəricidir:




Göründüyü kimi, cari ilin birinci rübündə ROE əmsalının kəskin artması müşahidə olunub. Bu əmsalın yüksəlməsi kommersiya bankları üzrə kapitalın səmərələliyinin artmasını göstərir. Belə ki, ROE əmsalının 0,237 bənd səviyyəsində olması bank kapitalına qoyulmuş hər 1 manatın 23,7 qəpik mənfəət gətirdiyini göstərir. Lakin ROE əmsalının yüksək olmasının əks tərəfi də var: buna səbəb kapitalın aşağı səviyyədə olması da təsir göstərə bilər. Bu baxımdan, Azərbaycan banklarının kapitallaşmasının artırılması sistemin inkişafı nöqtəyi nəzərdən həmişə aktual olub.
Vurğulamaq lazımdır ki, Azərbaycan banklarının ROE əmsalı Rusiya, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin bank sistemində müşahidə olunan eyni göstərici ilə müqayisədə daha yüksək səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR