Bank Of Baku

«Para Bank» yeni regional filial açıb

«Para Bank» yeni regional filial açıb
# 06 may 2009 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «Para Bank» Səhmdar Kommersiya Bankının (SKB) Gəncə şəhərində sayca 2-ci filialı istifadəyə verilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Kəpəz» adlanan yeni filialın açılması nəticəsində bankın filiallarının ümumi sayı 15-ə çatıb ki, bunun da 7-si regionlarında fəaliyyət göstərir.
«Kəpəz» filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak və biznes kreditlərinin verilməsi, «VISA» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmələri və digər xidmətlər təqdim edir.
Bankdan bildirilib ki, «Para Bank» yaxın vaxtlarda daha iki regional filial (Bərdə və Şirvan) açmaq niyyətindədir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Para Bank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 65,552 mln. manat, depozit portfeli 35,905 mln. manat, kredit portfeli 42,317 mln. manat, məcmu kapitalı 12,353 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manata təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR