Bank Of Baku

«Paşa Bank» filial şəbəkəsinin formalaşmasına başlayır

«Paşa Bank» filial şəbəkəsinin formalaşmasına başlayır
# 06 may 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonunadək ilk filiallarını açacaq. Bu filialların Gəncə və Zaqatalada açılması planlaşdırılır. Bankın İdarə Heyətinin sədri Fərid Axundovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda həmin filiallarda tikinti işləri aparılır.
Bankın sədri hər iki filialın təsis sənədlərinin bu ilin sonuna yaxın hazırlanaraq Azərbaycan Mərkəzi Bankına təqdim ediləcəyini vurğulayıb. Hazırda isə bankın filialı yoxdur.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» SKB 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 207,817 mln. manat, depozit portfeli 90,429 mln. manat, kredit portfeli 4,853 mln. manat, məcmu kapitalı artaraq 113,512 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR