Bank Of Baku

Avropa İttifaqı iqtisadi stimullaşdırma proqramlarını genişləndirməyəcək

Avropa İttifaqı iqtisadi stimullaşdırma proqramlarını genişləndirməyəcək
# 06 may 2009 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri üzv dövlətlərin milli iqtisadiyyatının stimullaşdırılması proqramlarının genişləndirilməməsi barədə qərar qəbul ediblər. «APA-Economics»in «Bloomberg» agentliyinə istinadən verdiyi xəbərə görə, Lüksemburqun maliyyə naziri Jan-Klod Yunker bəyan edib ki, «Avropa İttifaqı sosial böhrana doğru hərəkət edir və bunun səbəbi işsizliyin kəskin artması olacaq». Lakin eyni zamanda nazir Aİ iqtisadiyyatının stimullaşdırılması üzrə əlavə tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Avrozona və Aİ ölkələri üçün cari ildə ÜDM-in azalmasına dair proqnozunu daha da azaldıb. Yeni proqnoza əsasən, region üzrə ÜDM-in 4% azalacağı gözlənilir.
Avropa Komissiyanın hesablamalarına görə, iqtisadi geriləmə şəraitində Avrozonada işsizlik artacaq və 2010-cu ilə qədər 11,5%-lik rekord səviyyəyə çatacaq. Cari ilin martında işsizlik səviyyəsi Avropa İttifaqında 8,3%, Avrozonada isə 8,9% təşkil edib və nəticədə Aİ-də işsizlərin sayı 20,154 mln. nəfər, Avrozonada isə 14,158 mln. nəfər təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR