Bank Of Baku

Azərbaycan banklarının likvid aktivləri depozitlərin 59%-ni təşkil edir

Azərbaycan banklarının likvid aktivləri depozitlərin 59%-ni təşkil edir
# 06 may 2009 13:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2009-cu ilin aprelin 1-nə 58,7% təşkil edib. Son bir ildə bu göstərici 12,9 faiz bəndi artıb. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, xalis likvid aktivlərin ümumi depozitlərə nisbəti ötən ilin aprelin 1-nə 45,8%, cari ilin əvvəlinə isə 55% təşkil edib.
AMB-dən bildirilib ki, aprelin 1-nə bank depozitlərinin məcmu həcmi 3,219 mlrd. manata, likvid aktivlərin həcmi isə 1,889 mlrd. manata bərabər olub. Eyni zamanda, aprelin əvvəlinə aktivlərin ümumi həcmi 8,815 mlrd. manat təşkil edib. Beləliklə, xalis likvid aktivlərin payına ümumi aktivlərin 21,4%-i düşür.
Qeyd edək ki, bankların xalis aktivləri adətən bank sistemində ən vacib göstəricilərdən biri olan əhalinin əmanətləri ilə müqayisə olunur, çünki əmanətlər bank sistemində diqqət mərkəzində olan və qaytarmaq baxımından ilk növbəli olan maliyyə vəsaitləridir və həmin müqayisə bankların bu vəsaitləri istənilən anda qaytarma qabiliyyətini əks etdirir. Azərbaycan bankları üzrə sözügedən nisbət bankların qaytarma qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir, çünki likvid aktivlərin həcmi 1,9 mlrd. manat yaxın olduğu halda əhali əmanətlərinin həcmi 1,8 mlrd. manata bərabərdir. Yəni, bank sistemində hər hansı faciə baş verərsə, bütün əmanətlər üzrə vəsaitlər əmanətçilər tərəfindən eyni vaxtda geri çağırılsa da, banklar öz likvid aktivləri hesabına bu öhdəlikləri tam şəkildə yerinə yetirmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR