Bank Of Baku

Qeyri-yaşayış və özəlləşdirilmiş müəssisələrin torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə bu il 1,7 mln. manat daxil olub

Qeyri-yaşayış və özəlləşdirilmiş müəssisələrin torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə bu il 1,7 mln. manat daxil olub
# 06 may 2009 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 250-ə yaxın daşınmaz dövlət əmlakı hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Hesabat dövründə 80-a yaxın obyektin torpaq sahəsi icarəyə verilib. Eyni zamanda, icarə haqlarını ödəməyən 120-dən çox icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun tələbi ilə bağlı xəbərdarlıq məktubları göndərilib. İcarə haqqını ödəməyən icarəçilərlə bağlı 50-yə qədər iddia ərizəsi məhkəmələrə təqdim olunub. Əvvəlki dövrlərdə qaldırılmış iddia ərizələri nəzərə alınmaqla 40-a yaxın məhkəmə qərarı qəbul edilib.
Yanvar-aprel ayları ərzində avtomatlaşdırılmış ödəniş sistemi vasitəsi ilə hüquqi və fiziki şəxslər tərəfindən 3 050-ə yaxın ödəniş həyata keçirilib. Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə təxminən 1,7 mln. manat vəsait daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR