Bank Of Baku

«Kapital Bank»ın aktivləri kəskin azalıb

«Kapital Bank»ın aktivləri kəskin azalıb
# 06 may 2009 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) hüquqi şəxslər üzrə müddətli əmanətlərinin həcmi cari ilin əvvəlindən 5 mln. manat azalıb. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib.

R.Rzayevin sözlərinə görə, hüquqi şəxslər üzrə müddətli əmanətlərin həcmi ilin əvvəlindən azalsa da, fiziki şəxslər üzrə əmanətlərdə artım qeydə alınıb: «Lakin ümumi depozit portfelinə gəldikdə isə, artım olmayıb. Ümumiyyətlə, bu, bank üçün iri rəqəm hesab olunmur».

Qeyd edək ki, bankın «APA-Economics»ə təqdim etdiyi rəsmi statistik göstəricilərə əsasən, 2009-cu ilin yanvar-mart aylarında «Kapital Bank»ın depozit portfelinin həcmi 63,7% azalıb. Həmçinin, cari ilin ilk üç ayında bankın aktivləri 41%, kredit portfeli 54%, o cümlədən istehlak kreditləri 0,5% azalıb.

Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 88 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR