Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-aprel aylarında 23% azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-aprel aylarında 23% azalıb
# 07 may 2009 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) 2009-cu ilin yanvar-aprel ayları ərzində bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1 2 189,884 mln. manat təşkil edib. Bu da, 2008-ci ilin eyni dövrünün analoji göstəricisindən 22,8% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yanvar-aprel aylarında azalma əsasən dövlət qiymətli kağızlar (DQK) bazarına toxunub. Məhz notların ilkin və təkrar bazarında müvafiq olaraq 74,41% və 61,35% azalma qeydə alınıb. Hesabat dövründə həmçinin repo əməliyyatları 15% azalıb və ümumilikdə DKQ bazarı 26% aşağı düşüb.

Korporativ qiymətli kağızlar bazarı isə ilkin bazarda əməliyyatların yoxluğu və təkrar bazarda korporativ istiqrazların 27,5% azalmasına baxmayaraq, 3,6 dəfə artıb.

Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 317 dəfə artıb. Səhmlərin ilkin bazarının həcmi isə 5 dəfədən çox genişlənib. Bundan başqa, səhmlərin təkrar və ilkin bazarında həcmlə yanaşı əqdlərin miqdarı da müvafiq olaraq 135-dən 1 023-ə və 63-dən 136-dək artıb.

Birja fəallığının artımı dövlət qısamüddətli istiqrazların (DQİ) təkrar bazarında da 110 dəfə olub.

Bazarın seqmentləri

Yanvar-aprel, 2009

Yanvar-aprel, 2008

Nisbət
(%)

Əməliyyatların həcmi, (AZN)

Əməliyyatların miqdarı

Əməliyyatların həcmi, (AZN)

Əməliyyatların miqdarı

DQİ (yerləşdirmə)

149 463 834,10

80

85 369 528,54

68

75,08

DQİ
(təkrar bazar)

133 938 054,04

69

12 105 071,64

12

11,1 dəfə

Notlar (yerləşdirmə)

185 906 325,68

101

726 348 281,88

240

-74,4

Notlar
(təkrar bazar)

64 784 623,64

35

167 619 480,16

135

-61,4

Repo əməliyyatları

1 541 329 472,81

293

1 813 292 821,52

565

-15

Cəmi DQK bazarı

2 075 422 310,27

578

2 804 735 183,74

1 020

-26

Korporativ istiqrazlar (yerləşdirmə)

0.00

0

9 499 016,50

19

-

Korporativ istiqrazlar (təkrar bazar)

4 436 000,00

13

6 118 526,77

28

-27,5

Səhmlər (yerləşdirmə)

81 136 898,00

136

16 190 500,00

63

5 dəfə

Səhmlər
(təkrar bazar)

28 888 633,80

1 023

91 377,80

135

317 dəfə

Cəmi KQK bazarı

114 461 531,80

1 172

31 899 421,07

245

3,6 dəfə

Cəmi

2 189 883 842,07

1 750

2 836 634 604,81

1 265

-22,8


DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR